Dünya

Nigeriyada dəhşətli zəncirvari avtomobil qəzası: 21 nəfər həlak oldu - Foto/Video

04 Oct 2026, 10:38 3 baxış
Nigeriyada dəhşətli zəncirvari avtomobil qəzası: 21 nəfər həlak oldu - Foto/Video
Nigeriyanın Plato ştatında yük avtomobili, mikroavtobus, minik avtomobili və motosikletin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az "Channels Television" telekanalına istinadən xəbər verir ki, qəza nəticəsində 21 nəfər həyatını itirib.

Məlumata görə, toqquşmadan sonra "Hummer" markalı avtomobil alovlanıb. Bir neçə nəfər isə avtomobilin salonunda sıxılmış vəziyyətdə qalıb. İlkin ehtimallara əsasən, faciəyə yük avtomobilinin əyləc sisteminin sıradan çıxması və sürücünün idarəetməni itirməsi səbəb olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər