Cəmiyyət

Abşeronda yaşayış binasında partlayış: yaralanan var - Video

04 Oct 2026, 10:35 3 baxış
Abşeronda yaşayış binasında partlayış: yaralanan var - Video

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub.


Bu barədə Axar.az-a FHN Mətbuat xidmətindən məlumat verilib.


Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.


Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yeddimərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 62 kv.m. olan 2 otaqlı mənzildə yanğınla müşayiət olunan partlayışın baş verdiyi müəyyən edilib.


Partlayış nəticəsində evə ziyan dəyib, 1 kv.m sahədə ev əşyaları yanıb, 1 nəfər xəsarət alıb.


FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.


Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.


Mənbə axar.az

Oxşar Xəbərlər