Dünya

Britaniyadan Rusiyaya yeni qadağa

08 Feb 2026, 17:00 2 baxış
Britaniyadan Rusiyaya yeni qadağa
Böyük Britaniya hökuməti 2026-cı ilin sonunda Rusiyanın mayeləşdirilmiş təbii qazının (LNG) daşıyıcılarına dəniz xidmətlərinin göstərilməsinə qadağa tətbiq edəcək. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Birləşmiş Krallığın xarici işlər nazirinin müavini Stiven Dauti bildirib. Onun sözlərinə görə, London artıq Rusiyadan mayeləşdirilmiş təbii qaz daşıyan 16 gəmiyə, həmçinin "Arktik LNG-2" layihəsinə və Çindəki "Beihai LNG terminalı"na qarşı sanksiyalar tətbiq edib. Dauti həmçinin xatırladıb ki, 2023-cü ildə Böyük Britaniyada Rusiyadan LNG idxalına qadağa qüvvəyə minib.
Mənbə oxu.az

Oxşar Xəbərlər