Dünya

Tailandda parlament seçkisi və referendum keçirilir

08 Feb 2026, 15:12 2 baxış
Tailandda parlament seçkisi və referendum keçirilir
Tailandda növbədənkənar parlament seçkisi keçirilir. Oxu.Az dw.com-a istinadən xəbər verir ki, seçkinin nəticələrinə əsasən Milli Assambleyanın aşağı palatasının - Nümayəndələr Palatasının tərkibi müəyyən edilməlidir. Əsas mübarizə sol-mərkəzçi islahatçı Xalq Partiyası, baş nazir Anutin Çanvirakulun mühafizəkar Tailandın Qüruru Partiyası və nüfuzlu Çinavat klanının "Taylar üçün" təşkilatı arasında gedir. Bundan əlavə, ölkədə referendum keçirilir. Referendumda 2014-cü il dövlət çevrilişindən sonra hakimiyyətə gələn hərbi xuntanın dövründə qüvvədə olan konstitusiyanın əvəzinə yeni Konstitusiyanın hazırlanmasına başlanılıb-başlanılmaması müəyyən ediləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər