Dünya

Azərbaycan və digər ölkələrdə axtarışda olan şəxslər Türkiyəyə ekstradisiya ediliblər

08 Feb 2026, 12:24 2 baxış
Azərbaycan və digər ölkələrdə axtarışda olan şəxslər Türkiyəyə ekstradisiya ediliblər
Azərbaycan, Gürcüstan, Almaniya, Monteneqro, Şimali Makedoniya və Yunanıstan "qırmızı bülleten"lə axtarışda olan 15 nəfəri Türkiyəyə ekstradisiya edib. Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" sosial şəbəkə hesabında paylaşım edib.
O, şübhəlilərin cinayət, cinayətə təşəbbüs, narkotik alveri, cinsi istismar, yaralama, qarət, oğurluq və dələduzluq ittihamları ilə axtarıldığını açıqlayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər