İdman

Misli Premyer Liqası: Lider "Sabah" "Araz-Naxçıvan"a qarşı

08 Feb 2026, 09:48 1 baxış
Misli Premyer Liqası: Lider "Sabah" "Araz-Naxçıvan"a qarşı
Misli Premyer Liqasında bu gün XIX tura start veriləcək. Oxu.Az xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma baş tutacaq. Əvvəlcə "Sabah" evdə "Araz-Naxçıvan"la üz-üzə gələcək. Görüş Bank Respublika Arenada, saat 16:00-da start götürəcək. "Sabah" hazırda 43 xalla turnir cədvəlinə başçılıq edir. 6-cı pillədə olan "Araz-Naxçıvan"ın 27 xalı var. Günün son matçı Sumqayıtda baş tutacaq. Şəhərin eyniadlı komandası "Zirə"ni qəbul edəcək. Oyuna Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 18:30-da start veriləcək. "Sumqayıt" hazırda 30 xalla 4-cü yerdədir. Bir pillə aşağıda olan Bakı klubunun isə 29 xalı var. Misli Premyer Liqası II dövrə, XIX tur 8 fevral 16:00. "Sabah" - "Araz-Naxçıvan" Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Müslüm Əliyev, Əli Əliyev. VAR: Rəvan Həmzəzadə. AVAR: Emin Əliyev. Hakim-inspektor: Zöhrab Qədiyev. AFFA nümayəndəsi: Elçin Məmmədov. "Bank Respublika Arena". 18:30. "Sumqayıt" - "Zirə" Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Teymur Teymurov, Alik Yunusov. VAR: Rauf Cabarov. AVAR: Kamran Əliyev. Hakim-inspektor: Əmrah İbrahimov. AFFA nümayəndəsi: Anar Şıxəliyev. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. Qeyd edək ki, XIX tura fevralın 10-da yekun vurulacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər