Dünya
Vaşonqtonda kritik görüş: Netanyahu Trampla İran məsələsini müzakirə edəcək
İsrail Baş naziri Benjamin Netanyahu fevralın 11-də ABŞ-yə daha bir səfər edəcək. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə baş nazirin mətbuat xidməti məlumatı yayıb. B.Netanyahu ilə ABŞ Prezidenti Donald Trampın müzakirə edəcəkləri əsas mövzunun ABŞ-İran danışıqları olacağı gözlənilir. "Baş nazir hesab edir ki, istənilən danışıqlara İranın ballistik raket arsenalının məhdudlaşdırılması və İranın regiondakı müttəfiq qüvvələrinə dəstəyin dayandırılması mövzuları mütləq daxil edilməlidir", - mətbuata açıqlamada bildirilir.
Mənbə
oxu.az