Dünya

Vaşinqtondan Tehrana mesaj: Uitkoff və Kuşner İranla danışıqlardan sonra ABŞ aviadaşıyıcısına baş çəkiblər

07 Feb 2026, 23:24 2 baxış
Vaşinqtondan Tehrana mesaj: Uitkoff və Kuşner İranla danışıqlardan sonra ABŞ aviadaşıyıcısına baş çəkiblər
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşner İran tərəfi ilə danışıqlardan sonra Ərəbistan dənizindəki "USS Abraham Lincoln" aviadaşıyıcısına baş çəkiblər. Oxu.Az xəbər verir ki, bu barədə "Axios" nəşrinin jurnalisti Barak Ravid öz sosial şəbəkə hesabında yazıb və qeyd edib ki, bu, danışıqların uğursuzluğa düçar olacağı təqdirdə Vaşinqtonun başqa variantlara əl atacağına dair Tehrana bir siqnaldır. Qeyd edək ki, fevralın 6-da Omanın paytaxtı Maskatda ABŞ və İran nümayəndə heyətləri arasında İranın nüvə proqramı ilə bağlı danışıqlar keçirilib.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər