İdman
“Yuventus” Kənan Yıldızla yeni müqavilə imzaladı
İtaliyanın “Yuventus” komandası Türkiyə millisinin futbolçusu Kənan Yıldızla yeni müqavilə imzalayıb.
Axar.az klubun rəsmi saytına istinadla xəbər verir ki, 20 yaşlı oyunçunun sözləşməsi 2030-cu ilə qədər uzadılıb.
O, 2023-cü ildən A Seriyası təmsilçisinin formasını geyinir. Ulduz futbolçu bu mövsüm komandanın heyətində 31 matçda 9 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Mənbə
axar.az