Dünya
Ermənistanda hərbi hissədə əsgərin meyiti tapıldı
Ermənistanda hərbi hissələrin birində hərbçinin meyiti tapılıb. Oxu.Az-ın erməni KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. "Fevralın 7-də Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müqavilə ilə xidmət edən əsgər David Armenoviç Manukyanın cəsədi tapılıb", - məlumatda deyilir. Hadisə ilə bağlı araşdırma aparılır.
Mənbə
oxu.az