İdman

İngiltərə Premyer Liqası: "Arsenal" "Sanderlend"i məğlub etdi

07 Feb 2026, 21:24 1 baxış
İngiltərə Premyer Liqası: "Arsenal" "Sanderlend"i məğlub etdi
İngiltərə Premyer Liqasının 25-ci turunda "Arsenal" futbol klubu "Sanderlend"i qəbul edib. Oxu.Az-ın xəbərinə görə, Londondakı "Emirates" stadionunda keçirilən oyun ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa atıb.
Martin Subimendi 42-ci dəqiqədə londonluları irəli çıxarıb, Viktor Qyokereş 66 və 90+3-cü dəqiqələrdə yekun hesabı müəyyənləşdirib. Bu oyundan sonra "Arsenal" 56 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlinə başçılıq edir, "Sanderlend" isə 36 xalla doqquzuncu yerdədir.
Mənbə oxu.az

Oxşar Xəbərlər