Dünya
İranın xarici işlər naziri Tehran və Vaşinqton arasında danışıqların ikinci mərhələsindən danışdı
"İran və ABŞ arasında dolayı danışıqların ikinci mərhələsinin dəqiq tarixi hələ müəyyən edilməyib". Oxu.Az-ın xəbərinə görə, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçı "Əl-Cəzirə" telekanalına müsahibəsində bildirib. Eyni zamanda, diplomat qeyd edib ki, həm Tehran, həm də Vaşinqton görüşün mümkün qədər tez baş tutması barədə razılığa gəliblər. Xatırladaq ki, ABŞ-İran danışıqları fevralın 6-da Omanda baş tutub.
Mənbə
oxu.az