Dünya

Əfqanıstanda sərnişin avtobusu dərəyə aşdı: Azı 12 ölü var

07 Feb 2026, 17:26 2 baxış
Əfqanıstanda sərnişin avtobusu dərəyə aşdı: Azı 12 ölü var
Əfqanıstanda yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az "Xinhua"ya istinadən xəbər verir ki, hadisə ölkənin şimalında yerləşən Bədəxşan vilayətində qeydə alınıb. Nəticədə azı 12 sərnişinin öldüyü, üç nəfərin isə ağır yaralandığı deyilir. Yerli rəsmilərin sözlərinə görə, qəza sərnişin avtobusunun yoldan çıxaraq dərəyə aşması nəticəsində baş verib.
Mənbə oxu.az

Oxşar Xəbərlər