Digər
İran hücuma məruz qalarsa... - Arakçı hədələdi
Hücuma məruz qalacağı təqdirdə İran Fars körfəzi bölgəsindəki Amerika bazalarına zərbə endirəcək.
Axar.az xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Arakçı deyib.
O bildirib ki, Tehran nə indi raket proqramını müzakirə edəcək, nə də gələcəkdə. O, zənginləşdirilmiş uranın ölkədən çıxarılması ehtimalını da istisna edib.
Qeyd edək ki, ABŞ və İran rəsmiləri arasında görüş ötən gün Omanda baş tutub. Görüşdən sonra Arakçının bu açıqlaması diqqət çəkib.
Mənbə
axar.az