İdman
"Barselona" Ferran Torresin PSJ-yə transferini rəsmən elan etdi - FOTO
Kataloniyanın "Barselona" klubu rəsmi "X" hesabında hücumçu Ferran Torresin PSJ-yə transfer olunduğunu elan edib. Oxu.Az "Championat"a istinadən xəbər verir ki, bir müddət öncə mətbuatda yayılan məlumatlara görə, Fransa təmsilçisi 26 yaşlı hücumçunun keçidi müqabilində 50 milyon avro ödəyəcək.
Ferran Torres 2022-ci ilin yanvar ayından etibarən Kataloniya klubunun şərəfini qoruyurdu. Bu vaxt ərzində forvard iştirak etdiyi bütün turnirlərdə ümumilikdə 207 oyuna çıxaraq, rəqib qapılarından 65 top keçirib və 23 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" internet portalının məlumatlarına görə, idmançının indiki transfer bazarındakı dəyəri 55 milyon avro olaraq qiymətləndirilir.

Mənbə
oxu.az