Dünya
Yaponiyanı cənginə alan leysan: Ölənlərin əksəriyyəti avtomobillərində boğulub - VİDEO
Yaponiyanın paytaxtı Tokio şəhəri yaxınlığında yerləşən Tiba prefekturasında intensiv leysan yağışlarının səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı səkkizə yüksəlib. Ölənlərin əksəriyyəti suda batmış avtomobillərinin içərisində boğularaq can verib. Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, sözügedən statistik rəqəmləri Yaponiyada eyni zamanda təcili tibbi yardım funksiyasını da yerinə yetirən Yanğından Mühafizə Xidməti açıqlayıb.
Tiba şəhərinin mərkəzi küçələrində, eləcə də ətraf avtomobil yollarında minə qədər nəqliyyat vasitəsi sürücüləri tərəfindən tərk edilib. Avqust ayının 13-də başlayan şiddətli yağıntılar səbəbindən regionda 20 minə yaxın ev işıqsız qalıb. 180-dən çox yaşayış binası tam, yaxud qismən su altında qalıb. 7400-ə yaxın sakin isə təhlükəsizlik məqsədilə müvəqqəti sığınacaqlara təxliyə edilib.

Mənbə
oxu.az
Oxşar Xəbərlər