Ukrayna ordusu Rusiyada bu mərkəzi “Flaminqo” ilə vurdu
Ukrayna ordusu Rusiyanın Samara vilayətində yerləşən raket və kosmik texnologiyalar mərkəzi - "Proqres"ə hücum edib.
Axar.az xəbər verir ki, hücum “Flaminqo” raketləri ilə həyata keçirilib.
Sözügedən obyektdə baş verən partlayışlar yanğına səbəb olub.
Ukrayna ordusu Samaradakı "Proqres" mərkəzinin “Soyuz-2” tipi də daxil olmaqla, ortasinifli kosmik buraxılış qurğularının istehsalını həyata keçirdiyini bildirib.
“Soyuz-2” isə Rusiyanın “Rassvet” internet peykinin kosmosa yerləşdirilməsi üçün istifadə olunur.
Bundan başqa, Ukraynanın hücumları nəticəsində Nijni Novqorod bölgəsində “Savasleyka” aerodromunda da partlayışlar və yanğın baş verib.
Bu aerodromda “MIG-31K” qırıcı təyyarələrinin yerləşdiyi qeyd olunub.