İdman

Makron və Diallo İnfantinonu dəstəkləyir: UEFA-nın boykot çağırışına qarşı ikili oyun

15 Aug 2026, 13:44 2 baxış
Makron və Diallo İnfantinonu dəstəkləyir: UEFA-nın boykot çağırışına qarşı ikili oyun
Fransa Futbol Federasiyasının (FFF) prezidenti Filipp Diallo Beynəlxalq Futbol Federasiyasının (FIFA) rəhbəri Canni İnfantinoya öz dəstəyini ifadə edib. Oxu.Az-ın məlumatına görə, bu barədə jurnalist Romen Molina özünün "X" sosial şəbəkə hesabında paylaşım edib. Mənbənin sözlərinə görə, Diallo UEFA-nın FIFA-nı boykot etmək siyasətinə qoşulmaq niyyətində deyil. Bildirilir ki, İnfantino məsələsi ilə birbaşa əlaqəsi olan Fransa Prezidenti Emmanuel Makron da bu ikili oyuna dəstək verir. Xatırladaq ki, bir müddət əvvəl FIFA kommersiya fəaliyyətlərini və turnirlərin təşkilini özündə birləşdirəcək "FIFA Forward Enterprise" (FFE) adlı qurum yaratmaq istədiyini açıqlamışdı. Federasiya özəl investorları yeni strukturda pay sahibi olmağa dəvət etmişdi. Bu addım Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) kəskin etirazına səbəb olmuş və dünya çempionatının boykot ediləcəyi ilə bağlı xəbərlər yayılmışdı. Daha sonra FIFA İnfantinonun bəyanatını yayaraq, layihə ətrafında fikir ayrılıqlarının olduğunu və təklifin icra edilməyəcəyini təsdiqləmişdi. Qeyd edək ki, 2016-cı ildən FIFA-ya rəhbərlik edən İnfantino 2027-ci ildə yenidən bu vəzifəyə namizədliyini irəli sürəcəyini açıqlayıb. Qurumun prezident seçkisi gələn ilin yazında Mərakeşdə təşkil olunacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər