Digər
Rus generala atəş açan şəxs Dubayda saxlanıldı
Rusiyanın Baş Kəşfiyyat İdarəsində (QRU) ikinci şəxs sayılan general Vladimir Alekseyevə sui-qəsd təşkil edən şəxs saxlanılıb.
Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, ötən gün generala atəş açaraq qaçan sui-qəsdçi Dubayda saxlanılıb.
Həmin şəxsin muzdlu qatil olduğu bildirilir. Məlumata görə, hazırda o, Moskvaya aparılır.
Qeyd edək ki, generalın sağ olduğu, huşunun yerinə gəldiyi açıqlanıb.
Mənbə
axar.az