Şou biznes

"Evdə tək"in ulduzu xüsusi kurs keçərək fahişəliyə təhrikə görə cəzadan xilas oldu

07 Feb 2026, 12:56 1 baxış
"Evdə tək"in ulduzu xüsusi kurs keçərək fahişəliyə təhrikə görə cəzadan xilas oldu
ABŞ-nin məşhur "Evdə tək" filminin uduzu Daniel Stern fahişəliyə təhrik etmək işi üzrə bəraət qazanıb. Oxu.Az-ın xəbərinə görə, bu barədə TMZ nəşri məlumat verib. Qeyd edək ki, ötən ilin dekabr ayında aktyora Kaliforniyada hotellərdən birində eskort qadın kirayələməyə cəhd etdiyinə görə cərimə yazılıb. Daha sonra Sternə qarşı rəsmi şəkildə ittiham irəli sürülüb. İşə Ventura dairəsində baxılıb. Lakin indi cinayət işinə xitam verilib. Ventura dairə prokurorluğunun nümayəndəsinin sözlərinə görə, Stern xüsusi kurslara cəlb olunub. Bundan sonra ona qarşı irəli sürülən ittihamlar ləğv edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər