İdman

Xames Rodriges yeni kluba keçdi

07 Feb 2026, 00:48 1 baxış
Xames Rodriges yeni kluba keçdi
"Real Madrid" və "Bavariya"nın keçmiş yarımmüdafiəçisi Xames Rodriges azad agent qismində MLS-nin "Minnesota Yunayted" klubu ilə müqavilə imzalayıb. Oxu.Az xəbər verir ki, bu barədə "Minnesota Yunayted"in mətbuat xidməti məlumat yayıb. 34 yaşlı kolumbiyalı ilə razılaşma 2026-cı ilin iyununa qədər nəzərdə tutulub. Müqavilədə razılaşmanı həmin ilin dekabrına qədər uzatmaq bəndi də yer alıb. Xames Rodrigesin son klubu Meksikanın "Leon" komandası olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər