Digər

Fransada gözəllik salonuna qumbara atıldı: yaralılar var

07 Feb 2026, 00:07 2 baxış
Fransada gözəllik salonuna qumbara atıldı: yaralılar var

Fransanın İzer departamentinin Qrönobl şəhərində gözəllik salonunda qumbara partlaması nəticəsində azı altı nəfər yaralanıb.


Axar.az xəbər verir ki, bu barədə “Franceinfo” radiostansiyasının məlumatında deyilir.


Bildirilib ki, yerli vaxtla saat 15:00 radələrində şəhər mərkəzindəki gözəllik salonuna qumbara atılıb, nəticədə mağazanın pəncərəsi sınıb və altı nəfər yüngül xəsarət alıb. Yaralananlar arasında beş yaşlı uşaq da olub.


Partlayıcı qurğu salona hadisəni lentə alan bir şəxs tərəfindən atılıb.

Mənbə axar.az

Oxşar Xəbərlər