Digər
Lukaşenko zərərli vərdişlərə qarşı çıxdı
Siqaret və alkoqol haqqında çox şey bilmirəm.
Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Siqaret çəkmək və ya spirtli içkilər haqqında çox şey bilmirəm. Gəlin, mütəxəssisləri dinləyək və düzgün qərar verək. Elektron siqaretlərin istehsalı və dövriyyəsinə qoyulan məhdudiyyətlər, qadağalar məsələsində insan öz həddini də bilməlidir, çünki bu, gizli ticarətə səbəb ola bilər. Xüsusilə narahatlıq doğuran məqam tələbələr və məktəblilər arasında elektron siqaretlərin artan populyarlığıdır”, - o bildirib.
Mənbə
axar.az