Digər
“Tramp yolu” Rusiyada diqqətlə izlənilir - Kopırkin
Moskva “Tramp yolu” layihəsində iştirak məsələsini müzakirə etməyə hazırdır.
Axar.az xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.
“Amerika-Ermənistan layihəsi olan “Tramp yolu” Rusiyada diqqətlə izlənilir”, - o bildirib.
Qeyd edək ki, Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiyanın “Tramp yolu” layihəsində mümkün iştirakını absurd adlandırmışdı.
Mənbə
axar.az