Digər
Türkiyədə güclü zəlzələ oldu
Türkiyənin Ərzincan vilayətinin Keman rayonunda 4,9 bal gücündə zəlzələ baş verib.
Axar.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Bildirilib ki, zəlzələ yerin 4,52 km dərinliyində meydana gəlib.
Yeraltı təkanların Elazığ və Tunceli şəhərlərində də hiss olunduğu vurğulanıb.
Dağıntı və tələfat barədə məlumat verilməyib.
Qeyd edək ki, səhər saatlarında Türkiyənin Aralıq dənizi sahillərində də zəlzələ baş vermişdi.
Mənbə
axar.az