Şou biznes

Bricit Bardonun 30 milyon avroluq malikanəsini kimə vəsiyyət etdiyi məlum oldu

06 Feb 2026, 05:46 1 baxış
Bricit Bardonun 30 milyon avroluq malikanəsini kimə vəsiyyət etdiyi məlum oldu
Fransalı aktrisa Bricit Bardo həyatda olarkən münasibətləri mürəkkəb olan yeganə oğlu Nikolya Şaryeyə Sen-Tropedə yerləşən və təxminən 30 milyon avro dəyərində qiymətləndirilən malikanəsini vəsiyyət edib. Oxu.Az xəbər verir ki, bu barədə məlumat "Paris Match" jurnalında dərc olunub. Məlumata görə, miras məsələsi hələ tam bağlanmasa da, artıq bəllidir ki, dənizə mənzərəsi olan, 10 hektar sahəni əhatə edən La Qarriq malikanəsi Şaryeyə qalacaq. Ərazidə bir neçə tikili yerləşir: 60 kvadratmetr sahəsi olan əsas ev, qonaq evi, xidmətçi evi, anbar və kiçik ibadətgah. Xatırladaq ki, Bricit Bardo ötən il dekabrın 28-də 91 yaşında vəfat edib. Aktrisanın ölüm səbəbi onkoloji xəstəlik olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər