Dünya

Barəsində 43 illik həbs qərarı çıxarılan Azərbaycan vətəndaşı Türkiyədə ələ keçdi

05 Feb 2026, 12:24 2 baxış
Barəsində 43 illik həbs qərarı çıxarılan Azərbaycan vətəndaşı Türkiyədə ələ keçdi
Türkiyənin Iğdır vilayətində beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb. Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, insan alveri, eləcə də fahişəliyə cəlb etmə cinayətləri üzrə barəsində 43 il 3 ay 10 gün həbs cəzası və 12 480 TL (486 AZN - red.) məbləğində pul cəzası hökmü çıxarılmış 53 yaşlı N.S. Iğdır-Naxçıvan avtomobil yolunda keçirilən qəfil yoxlama zamanı ələ keçib.
Barəsində aparılan hüquqi prosedurlardan sonra o, həbs edilərək cəzaçəkmə müəssisəsinə təhvil verilib.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər