Dünya
KİV: London Afrika və Asiya ölkələrinə iqtisadi dəstəyi kəskin azaldır
Böyük Britaniya ümumi milli gəlirin (ÜMG) bu məqsədlər üçün nəzərdə tutulan hissəsinin 0.5%-dən 0.3%-ə endirilməsi səbəbindən bir sıra Afrika dövlətlərinə, həmçinin Suriyaya göstərilən birbaşa iqtisadi dəstəyi 40 faizdən çox azaldacaq. Oxu.Az xəbər verir ki, bu barədə "Financial Times" (FT) nəşri məlumat yayıb. Məlumata görə, London bu addımı ötən il maliyyə vəsaitlərinin müdafiə və təhlükəsizlik sahələrinin gücləndirilməsinə yönəldilməsi məqsədilə atıb. Bildirilir ki, Afrika və digər regionlardakı ölkələr üçün nəzərdə tutulan Britaniya yardımının ümumi həcmi 43% azalaraq, 2024-2025-ci maliyyə ilindəki (31 martda başa çatıb) 3 milyard 140 milyon funt sterlinqdən (4 milyard 240 milyon dollar) 2028-2029-cu illərdə 1 milyard 79 milyon funt sterlinqə (2 milyard 420 milyon dollar) düşəcək. Bu qərar ən çox Syerra-Leone (83%), Somali (49%) və Cənubi Sudan (46%) kimi Afrika ölkələrinə təsir göstərəcək. Eyni zamanda, Suriyaya ayrılan yardım 55 faiz, Əfqanıstana isə 39 faiz ixtisar ediləcək.
Mənbə
oxu.az