Cəmiyyət

Gürcüstandan Azərbaycana gələn yük qatarında tüstülənmə...

14 Aug 2026, 16:41 2 baxış
Gürcüstandan Azərbaycana gələn yük qatarında tüstülənmə...

Bu gün səhər saatlarında Şəmkir stansiyasının ərazisində Gürcüstandan Bakıya gedən yük qatarının bir vaqonunda tüstülənmə qeydə alınıb.


Bu barədə Axar.az-a Azərbaycan Dəmir Yolları QSC-dən (ADY) məlumat verilib.


Məlumata görə, dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Tüstülənmə qısa zamanda aradan qaldırılıb, digər vaqonlar mühafizə olunub.


Hadisənin 35 vaqondan ibarət yük qatarının 15-ci vaqonunda kükürd tozunda tüstülənmə səbəbindən baş verdiyi müəyyənləşib.


Faktla bağlı araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər