İdman

"Qarabağ" - "Tvente" matçlarının hakimləri açıqlandı

14 Aug 2026, 17:00 2 baxış
"Qarabağ" - "Tvente" matçlarının hakimləri açıqlandı
UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ" və Niderlandın "Tvente" komandaları arasında keçiriləcək hər iki oyuna hakim təyinatları açıqlanıb. Oxu.Az xəbər verir ki, avqustun 20-də Niderlandda keçiriləcək ilk qarşılaşmanı Albaniyadan olan hakimlər briqadası idarə edəcək. "Tvente" stadionunda oynanılacaq matçın baş hakimi Yucin Caya olacaq. Ona yan xətt hakimləri Reydi Avdo və Mario Şazivari kömək edəcəklər. Emanuela Rusta dördüncü hakim funksiyasını yerinə yetirəcək. VAR hakimi italiyalı Canluka Aureliano, onun köməkçisi isə albaniyalı Albert Doda olacaq. Komandalar arasında ilk görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Avqustun 27-də Bakıda keçiriləcək cavab qarşılaşmasına isə Norveçdən olan hakimlər briqadası təyinat alıb. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq matçın baş hakimi Rohit Saqqi olacaq. Yan xətt hakimləri Anders Olav Dale və Ole Andreas Haukasen, dördüncü hakim isə Marius Hansen Qrotta olacaq. VAR hakimi Kristoffer Hagenes, onun köməkçisi isə avstriyalı Alan Kijas təyin edilib. "Qarabağ" - "Tvente" cavab oyunu saat 20:00-da başlayacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər