Dünya
"Zibil qutusu" Böyük Britaniyadakı seçkidə uduzdu - VİDEO
Böyük Britaniyanın "Reform UK" partiyasının sədri Naycel Farac Klekton seçki dairəsində keçirilən əlavə seçkidə 22 239 səs toplayaraq qalib gəlib, lakin nəticələrin elan edildiyi tədbirə qatılmayıb. Oxu.Az xəbər verir ki, bu barədə avqustun 14-də "Politico" nəşri məlumat yayıb.
"Reform UK" lideri 22 239 səs toplayıb. Onun ən yaxın rəqibi olan və "Qraf Binfes" adı ilə çıxış edən komik isə 9 455 səs toplayaraq ikinci yerdə qərarlaşıb", - deyə nəşrin məlumatında qeyd olunur. Naycel Faracın əsas rəqibi satirik personaj "Qraf Binfes" olub. Bu obraz komik Con Harvi tərəfindən yaradılıb. Personaj ictimaiyyət qarşısına "zibil qutusu" formasında dəbilqə ilə çıxır və özünü "Siqma IX" planetindən gələn kosmik döyüşçü kimi təqdim edir. Əlavə seçki Faracın iyul ayında deputat mandatından imtina etməsindən, lakin dərhal yenidən namizədliyini irəli sürəcəyini bəyan etməsindən sonra təyin olunub. Səsvermədən qısa müddət əvvəl "Ipsos" mərkəzinin keçirdiyi sorğu britaniyalıların 33%-nin "Qraf Binfes"in, yalnız 21%-nin isə Faracın qələbəsini dəstəklədiyini göstərmişdi. Nəticələr açıqlandıqdan sonra Leyboristlər Partiyasının sədri Bricit Fillipson baş verənlərin Farac üçün əsl qələbə olmadığını bildirib. Onun sözlərinə görə, siyasətçi qalmaqallara qərq olub və "Zibil Qutusu"na qarşı seçkidə iştirak etmək sadəcə ictimaiyyətin diqqətini yayındırmaq cəhdidir. Hazırda Faraca qarşı maliyyə araşdırması aparılır. Parlamentin standartlar üzrə komissarı onun kriptomilyarder Kristofer Harborndan nə üçün 5 milyon funt-sterlinq aldığını və bu məbləği niyə rəsmi şəkildə bəyan etmədiyini aydınlaşdırır.

Mənbə
oxu.az