İqtisadiyyat

Elektron satınalma sayəsində 294 milyon manata qənaət edildi

14 Aug 2026, 16:56 2 baxış
Elektron satınalma sayəsində 294 milyon manata qənaət edildi
"2026-cı ilin I yarımili ərzində keçirilmiş 3 500-ə yaxın elektron satınalmanın məbləği 1.7 milyard manat təşkil edib". Oxu.Az xəbər verir ki, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sədrinin müavini Mirzə Mirzəyev "Dövlət satınalmaları: proses, iştirakçılar və nəzarət mexanizmləri" mövzusunda keçirilən təlimdə çıxışı zamanı deyib. Agentlik sədrinin müavini qeyd edib ki, bəhs edilən dövrdə açılışı baş tutmuş müsabiqələr üzrə orta iştirakçı sayı 3.5 olub. O əlavə edib ki, cari ilin ilk yarısında elektron satınalmalar nəticəsində dövlət büdcəsinə 294.3 milyon manat qənaət edilib. Qənaət edilmiş məbləğin ehtimal olunan qiymətdə xüsusi çəkisi isə 14.7% olub. M.Mirzəyev, həmçinin dövlət satınalmalarının vahid internet portalının funksional imkanlarının genişləndirildiyini və digər dövlət informasiya sistemləri ilə inteqrasiyaların həyata keçirildiyini diqqətə çatdırıb. O, biznes subyektlərini dövlət satınalmalarında daha fəal iştirak etməyə çağırıb: "Biz bütün potensial təchizatçıları satınalma proseslərində daha fəal iştirak etməyə çağırırıq. Çünki iştirakçı sayının artması sağlam rəqabəti gücləndirir, sahibkarlar üçün dövlət sifarişlərinə çıxış imkanlarını genişləndirir və dövlət satınalmaları sahəsində müsbət dinamikanın davamlı xarakter almasına töhfə verir".
Mənbə oxu.az

Oxşar Xəbərlər