Siyasət

Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya arasında danışıqlar davam edir

05 Feb 2026, 13:00 2 baxış
Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya arasında danışıqlar davam edir
Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında növbəti danışıqların ikinci günü başlayıb. Oxu.Az-ın məlumatına görə, bu barədə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov özünün "Telegram" kanalında bildirib. "Əbu-Dabidə danışıqların ikinci günü başlayıb. Dünən olduğu kimi, bu gün də eyni formatlarda işləyirik: üçtərəfli məsləhətləşmələr, qruplar üzrə iş və mövqelərin sonrakı sinxronlaşdırılması", - deyə Umerov bildirib. Qeyd edək ki, bir gün əvvəl Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə üçtərəfli danışıqlara başlanılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər