Siyasət
YAP-ın VIII Qurultayı: Azərbaycanın təhlükəsizlik və inkişaf strategiyasının əsas istiqamətləri
"Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Partiyanın sədri, Prezident İlham Əliyevin proqram xarakterli çıxışı ölkənin milli təhlükəsizlik və inkişaf konsepsiyasının strateji çərçivəsini aydın şəkildə müəyyən etdi". Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib. O bildirib ki, müasir beynəlxalq münasibətlər sistemində güc amilinin ön plana çıxması və müharibə risklərinin artması fonunda Azərbaycanın hərbi qüdrətini davamlı olaraq möhkəmləndirməsi həyati zərurət kimi çıxış edir:
"Tarixin acı səhifələrinin bir daha təkrarlanmaması, qazanılmış tarixi zəfərin əbədiləşdirilməsi üçün dövlətimiz həmişə sarsılmaz gücə malik olmalıdır. Məhz bu real təhdidləri və qlobal qeyri-müəyyənlikləri nəzərə alaraq, gələn ilin dövlət büdcəsində müdafiə və təhlükəsizlik xərcləri üçün 9 milyard manata yaxın böyük həcmdə vəsaitin nəzərdə tutulması ölkənin hərbi potesialının artırılmasına verilən müstəsna əhəmiyyətin bariz göstəricisidir. Bu gün Azərbaycan daxilində tam sabitlik, əmin-amanlıq və təhlükəsizlik mühiti hökm sürür, ölkə daxilində hər hansı risk və ya təhlükə mənbəyi mövcud deyil. Müasir dövrdə bütün potensial təhdidlər yalnız ölkə hüdudlarından kənarda formalaşır. Azərbaycanın siyasi doktrinası müstəqil, güclü, öz resurslarına arxalanan və hər bir xarici müdaxiləni neytrallaşdırmağa qadir olan dövlət modelinə əsaslanır. Bu baxımdan, dövlət başçısının vurğuladığı kimi, ölkəmizə qarşı yönələn təxribatların heç biri cavabsız qalmır və qat-qat artıq zərbə ilə qarşılanır. Bu prinsipial mövqe kənar qüvvələrin daxili işlərimizə müdaxiləsinin qarşısını alan və milli maraqları qətiyyətlə qoruyan sarsılmaz hərbi-siyasi çəpərdir. Hərbi təhlükəsizliklə yanaşı, ideoloji təhlükəsizliyin təmin edilməsi də müasir dövrdə xüsusi aktuallıq kəsb edir. Sürətlə inkişaf edən internet, kiberhücumlar və süni intellekt texnologiyalarının hökm sürdüyü informasiya məkanında ideoloji təxribatlar artıq heç bir sərhəd tanımır". Deputatın sözlərinə görə, belə mürəkkəb şəraitdə cəmiyyəti xarici manipulyasiya və dezinformasiyalardan qorumağın başlıca yolu təhsil və maariflənmə faktorudur:
"Yüksək biliyə, savada və təfəkkürə malik cəmiyyət yad ideoloji təsirlərə və yalanlara qarşı möhkəm immun sisteminə malik olur. İdeoloji dözümlülüyün digər mühüm sütunu isə sarsılmaz vətənpərvərlik və milli həmrəylikdir. 44 günlük Vətən müharibəsinin təcrübəsi aydın şəkildə sübut etdi ki, xalq vahid ideya və lider ətrafında sıx birləşdikdə, qarşıda duran ən çətin sınaqları dəf etməyə, hətta arxasında beynəlxalq güclərin və vasitəçilik missiyasını daşıyan təşkilatların dayandığı işğalçı qüvvələri məğlub etməyə qadirdir. Xarici havadarların dəstəyi belə düşməni acınacaqlı məğlubiyyətdən xilas edə bilmədi və Azərbaycan öz milli maraqlarını tam şəkildə bərqərar etdi. İnformasiya və ideoloji məkanın yad ünsürlərdən təmizlənməsi, xaricdən idarə olunan şəbəkələrin neytrallaşdırılması ölkə daxilində təhlükə risklərini sıfıra endirib. Dövlətin sarsılmazlığının digər iki əsas dayağı isə fəal, hədəfli xarici siyasət və tam iqtisadi-maliyyə müstəqilliyidir. Azərbaycanın xarici siyasət xətti elə qurulub ki, heç bir kənar qüvvə ölkənin suveren qərarlarına təsir göstərə bilmir və kiçik dövlətlərə xas olan patronajlıq və ya himayədarlıq ehtiyacını tamamilə istisna edir. Maliyyə müstəqilliyi isə hətta müharibə kimi son dərəcə ağır və kritik proseslər zamanı bütün ehtiyacları daxili imkanlar hesabına ödəməyə şərait yaradır. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan istər müharibə dövründə, istərsə də sülh şəraitində istifadə etdiyi bütün hərbi arsenalı, son gülləsinə qədər, öz maliyyə vəsaiti hesabına, dünya qiymətləri ilə satın almışdır. Məhz bu iqtisadi sərbəstlik və siyasi iradə Azərbaycanın regionda və dünyada söz sahibi olan, tam müstəqil və güclü dövlət kimi inkişafını təmin edən əsas düsturdur".

Mənbə
oxu.az
Oxşar Xəbərlər