Siyasət

Azərbaycan və BƏƏ xarici işlər nazirləri Əbu-Dabidə görüş keçiriblər

05 Feb 2026, 07:16 2 baxış
Azərbaycan və BƏƏ xarici işlər nazirləri Əbu-Dabidə görüş keçiriblər
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov fevralın 4-də Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan ilə görüşüb. Oxu.Az Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadla bildirir ki, görüşdə Azərbaycan-BƏƏ hərtərəfli strateji tərəfdaşlığının siyasi, iqtisadi, ticari, energetika, humanitar aspektləri, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, habelə bölgədə cari təhlükəsizlik vəziyyəti müzakirə olunub. Hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərlərinin və həmin səfərlər çərçivəsində əldə olunmuş razılaşmalar və imzalanmış sənədlərin əlaqələrimizin hərtərəfli strateji tərəfdaşlıq müstəvisinə yüksəlməsindəki əsas rolu vurğulanıb. Ötən ilin noyabr ayında iki ölkə arasında Hərtərəfli Strateji Tərəfdaşlıq üzrə Əməkdaşlıq Komitəsinin ilk iclası çərçivəsində əldə edilmiş razılıqların icrası məsələləri nəzərdən keçirilib, bu il Bakıda planlaşdırılan ikinci iclasa hazırlıq işləri məmnunluqla qeyd olunub. Regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin bundan sonra da davam etdirilməsinin vacibliyi vurğulanıb. C.Bayramov 8 avqust Vaşinqton sammitindən sonra sülh gündəliyi barədə qarşı tərəfi məlumatlandırıb. Azərbaycanla BƏƏ arasında münasibətlərdə müsbət dinamika təqdir olunub, bu çərçivədə digər səylərlə yanaşı, iki ölkə vətəndaşlarının səfərlərinin daha da asanlaşdırılması istiqamətində mümkün addımlar müzakirə olunub. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər