Siyasət

Ermənistanın baş naziri: "Sülh hər bir kəsə lazımdır"

04 Feb 2026, 18:36 2 baxış
Ermənistanın baş naziri: "Sülh hər bir kəsə lazımdır"
"Zayed İnsan Qardaşlığı Mükafatı" xalqlarımızın əldə etdiyi nailiyyətlərə verilən qiymətdir. Həmçinin bizim iradəmizi, gələcəyə yönələn baxışlarımızı göstərir. Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimolunma mərasimində bildirib. "Biz bundan sonra düşünməliyik ki, dəyişikliklər edə və öz xalqlarımız üçün əmin-aman gələcəyi təmin edə bilərik", - deyən Ermənistanın Baş naziri diqqətə çatdırıb ki, bu istiqamətdə atılan addımlar etimada əsaslanır. "Sülh hər bir kəsə lazımdır", - deyə o əlavə edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər