Dünya

Yunanıstanda qanunsuz miqrantları daşıyan kater saxlanılarkən beş nəfər ölüb

04 Feb 2026, 02:20 2 baxış
Yunanıstanda qanunsuz miqrantları daşıyan kater saxlanılarkən beş nəfər ölüb
Yunanıstan Sahil Mühafizəsi Xios adası yaxınlığında qanunsuz miqrantları daşıyan kateri saxlamaq üçün əməliyyat keçirib və nəticədə beş nəfər ölüb, bir neçə nəfər yaralanıb. Oxu.Az xəbər verir ki, bu barədə "Efimerida ton sindakton" qəzeti məlumat yayıb. Qəzetin məlumatına görə, axşam saatlarında sahil mühafizəsinin qanunsuz miqrantları daşıyan qayığı dayandırmaq üçün keçirdiyi əməliyyat zamanı iki gəmi toqquşub. Qayıqda təxminən 35 nəfər olub, onlardan bəziləri itkin düşüb.
Mənbə oxu.az

Oxşar Xəbərlər