Dünya
KİV: Liviyanın keçmiş lideri Müəmmar Qəddafinin oğlu öldürülüb
Liviyanın keçmiş lideri Müəmmar Qəddafinin oğlu Seyf əl-İslam ölkənin qərbindəki Zintan şəhərində öldürülüb. Oxu.Az bildirir ki, bu barədə "Abaad News" mənbələrə istinadən xəbər verir. Mənbələr iddia edirlər ki, əl-İslam silahlı toqquşmalar zamanı naməlum silahlıların hücumuna məruz qalıb. Həmçinin Qəddafinin oğlunun müşaviri onun ölüm xəbərini təsdiqləyib. Baş vermiş hadisənin digər təfərrüatı barədə məlumat verilmir.
Mənbə
oxu.az