Dünya
KİV: İran katerləri Hörmüz boğazında ABŞ tankerini saxlamağa çalışıblar
İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus silahlı katerlər Hörmüz boğazında ABŞ bayrağı altında üzən "Stena Imperative" tankerini saxlamaga cəhd ediblər. Oxu.Az bu barədə "CBS News" telekanalına istinadən xəbər verir. Bildirilir ki, İran hərbçiləri radio əlaqəsi vasitəsilə müraciət edərək tankerin kapitanına "mühərrikləri dayandırmaq və abordaja hazırlaşmaq" əmri veriblər. Lakin tanker sürətini artıraraq yoluna davam edib və İranın ərazi sularına daxil olmayıb. Tankeri ABŞ hərbi gəmisinin müşayiət etdiyii bildirilir.
Mənbə
oxu.az