Siyasət
Deputat: "Azərbaycan-BƏƏ münasibətləri strateji tərəfdaşlıq mərhələsinə yüksəlib"
"Son illər Azərbaycanın xarici siyasət kursunda diqqəti cəlb edən əsas məqamlardan biri də Yaxın Şərq regionu, xüsusilə də Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə münasibətlərin sürətlə inkişaf etməsidir. Artıq tərəflər arasında münasibətlər adi diplomatik təmasları aşaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib". Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfərini şərh edərkən deyib. O bildirib ki, bu tərəfdaşlıq təkcə siyasi bəyanatlarla deyil, konkret addımlar, qarşılıqlı səfərlər və real əməkdaşlıq layihələri ilə öz təsdiqini tapır:
"Prezident İlham Əliyevin BƏƏ-yə səfəri də məhz bu kontekstdə qiymətləndirilməlidir. Bu səfər iki ölkə arasında formalaşmış yüksək etimad mühitinin, qarşılıqlı hörmətə əsaslanan münasibətlərin və uzunmüddətli strateji baxış ortaqlığının məntiqi davamıdır. Səfər çərçivəsində aparılan müzakirələr və əldə olunan razılaşmalar göstərir ki, Bakı ilə Əbu-Dabi arasında əməkdaşlıq artıq regional deyil, qlobal proseslər fonunda formalaşan tərəfdaşlıq modelinə çevrilməkdədir. Eyni zamanda, BƏƏ prezidentinin Bakıya və xüsusilə də Şuşaya səfəri simvolik və siyasi baxımdan olduqca böyük əhəmiyyət daşıyır. Şuşaya səfər, ilk növbədə, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə verilən açıq siyasi dəstəyin nümayişi kimi qiymətləndirilə bilər. İşğaldan azad edilmiş ərazilərə yüksəksəviyyəli xarici qonaqların səfərləri artıq Azərbaycanın yeni geosiyasi reallıqlarının beynəlxalq miqyasda qəbul olunduğunu göstərən mühüm göstəriciyə çevrilib".
Millət vəkili vurğulayıb ki, BƏƏ prezidentinin Şuşaya səfəri iki ölkə arasında dostluq münasibətləri ilə yanaşı, Azərbaycanın haqlı mövqeyinə verilən prinsipial dəstəyin ifadəsidir: "Azərbaycan və BƏƏ arasında keçirilən birgə hərbi təlimlər isə münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Bu cür təlimlər təkcə hərbi sahədə əməkdaşlıq deyil, eyni zamanda, qarşılıqlı etimadın ən yüksək səviyyəsinin göstəricisidir. Çünki hərbi sahədə əməkdaşlıq, xüsusilə də birgə təlimlərin təşkili tərəflər arasında strateji etimadın formalaşdığını və təhlükəsizlik məsələlərində ortaq yanaşmanın mövcud olduğunu təsdiq edir. Birgə hərbi təlimlər Azərbaycan və BƏƏ silahlı qüvvələri arasında operativ əlaqələrin qurulmasına, təcrübə mübadiləsinə və peşəkarlıq səviyyəsinin yüksəldilməsinə mühüm töhfə verir. Müxtəlif coğrafi və iqlim şəraitində fəaliyyət göstərən bu iki ölkənin ordularının qarşılıqlı təcrübəsi hərbi hazırlıq baxımından olduqca qiymətlidir. Eyni zamanda, bu təlimlər regionda sülhün və sabitliyin qorunmasına yönəlmiş məsuliyyətli yanaşmanın da təzahürüdür".
E.Mirzəbəyli əlavə edib ki, bu əməkdaşlıq modeli həm də qardaşlıq və dostluq münasibətlərinin praktik müstəviyə daşındığını göstərir: "Azərbaycan ilə BƏƏ arasında formalaşan münasibətlər artıq təkcə diplomatik müstəvidə deyil, təhlükəsizlik, müdafiə, iqtisadiyyat, energetika və humanitar sahələrdə kompleks xarakter alıb. Beləliklə, qarşılıqlı səfərlər, yüksəksəviyyəli siyasi dialoq və birgə hərbi təlimlər Azərbaycan-BƏƏ münasibətlərinin dərinləşdiyini, bu əlaqələrin gələcəkdə daha da genişlənəcəyini göstərir. Bu münasibətlər modeli, eyni zamanda, Azərbaycanın çoxvektorlu xarici siyasət kursunun uğurlu nəticəsi kimi də dəyərləndirilə bilər". Məlik Məlikov

Mənbə
oxu.az