Cəmiyyət

Ukraynada döyüşən daha bir azərbaycanlı öldü - Foto

03 Oct 2026, 22:31 2 baxış
Ukraynada döyüşən daha bir azərbaycanlı öldü - Foto

Ukraynada gedən döyüşlərdə daha bir soydaşımız həlak olub.


Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, uzun illər Ukraynanın Jovti Vodı şəhərində yaşayan Zaur Bəhram oğlu Həbibov cəbhədə həyatını itirib.


Z.Həbibov hələ 2014-cü ildə antiterror əməliyyatında (ATO) iştirak edərək Ukraynanı müdafiə etməyə başlayıb. 2022-ci ilin fevralında başlayan genişmiqyaslı müharibədən sonra həmin ilin iyun ayında yenidən xidmətə qayıdan soydaşımız cəbhədə döyüş tapşırıqlarını yerinə yetirməyə davam edib.


O, 2026-cı il sentyabrın 10-da Donetsk vilayətinin Drujkovka şəhəri yaxınlığında döyüş tapşırığını icra edərkən itkin düşüb. Bir neçə gün öncə Zaur Həbibovun həlak olması rəsmən təsdiqlənib.

Mənbə axar.az

Oxşar Xəbərlər