Dünya
ABŞ-nin döyüş maşınları Kalininqrad yaxınlığında təlimlər keçirib
ABŞ hərbçiləri Rusiyanın Kalininqrad vilayətindən 60 kilometr məsafədə yerləşən Polşanın Bemovo-Pisk poliqonunda "Bradley" piyada döyüş maşınları ilə təlimlər keçirib. Oxu.Az-ın xəbərinə görə, bu barədə "Military Watch Magazine" (MWM) nəşri məlumat verib. Bildirilib ki, təlimlər xüsusən maşınların idarə edilməsi və onlar arasında düzgün məsafənin saxlanması, koordinasiya edilmiş atəş açma, eləcə də qış hava şəraitinin yaratdığı dartma dəyişikliklərinin, mühərrik və hidravlika problemlərinin aradan qaldırılmasına yönəlib.
Mənbə
oxu.az