Dünya
Mançesterdə yüngülmotorlu təyyarə qəzaya uğradı
Britaniyada iki nəfərin olduğu yüngülmotorlu təyyarə Böyük Mançester qraflığında, Roçdeyl yaxınlığında qəzaya uğrayıb. Oxu.Az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. Polisin məlumatına görə, bütün fövqəladə xidmətlər dərhal hadisə yerinə cəlb olunub. Hüquq-mühafizə orqanları qəzanın səbəblərini araşdırır. Polis yerli sakinlərə hadisə yerinə yaxınlaşmamağı tövsiyə edib.
Mənbə
oxu.az