Siyasət
Azərbaycan nə körfəz ölkələri ilə Qərbə qarşı çıxır, nə də Qərblə Şərqə qarşı mövqe tutur
"Dünyada baş verən hadisələr və proseslər bir daha onu sübut edir ki, artıq dəyərlər və maraqlar sürətlə dəyişir. Hansı ölkə ki inkişaf edib, onun güclü lideri var və həmin dövlətdə xalq-iqtidar birliyi mövcuddur". Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfərini şərh edərkən deyib. Deputat vurğulayıb ki, Azərbaycan təkcə regionda deyil, eyni zamanda, beynəlxalq arenada da qlobal nüfuza və hörmətə malik dövlətdir:
"Azərbaycan artıq regional hadisələrin təsirinə məruz qalan ölkə deyil, eyni zamanda, qlobal proseslərə təsir göstərə bilən dövlətə çevrilməkdədir. Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində imzalanan sənədlər bu istiqamətdə atılan addımların bariz nümunəsidir. Səfər çərçivəsində "Sülh Qalxanı - 2026" hərbi təlimləri keçirilir. Azərbaycan körfəz ölkələri ilə münasibətlərini təkcə iqtisadi və humanitar maraqlar üzərində deyil, eyni zamanda, strateji, qarşılıqlı etimad və milli maraqlara söykənən əsaslar üzərində qurur. Körfəz ölkələri dünya siyasətində özlərini yeni formatda təqdim etməyə başlayıblar. Onlar nə ideoloji mübahisələrə girir, nə də açıq qarşıdurmalara meyil göstərirlər. Bu ölkələr iqtisadi inkişaf yolu ilə irəliləyir, yeni tərəfdaşlar qazanmağa çalışır, sabitlik nümayiş etdirir, güclü iqtisadi resurslara və kapitala malikdirlər". Deputat qeyd edib ki, Azərbaycan artıq Cənubi Qafqazda bu modeli düzgün anlayan və tətbiq edən ölkədir:
"Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında qarşılıqlı səfərlər, ölkə prezidentləri arasında formalaşan səmimi münasibətlər, o cümlədən BƏƏ Prezidentinin Qarabağa, Şuşaya səfəri zamanı verdiyi mühüm mesajlar, görüşlər çərçivəsində imzalanan sənədlər qarşılıqlı faydaya əsaslanan əməkdaşlığın artıq zirvə mərhələsinə yüksəldiyini göstərir. Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri bu gün həm beynəlxalq platformalarda, həm də qlobal beynəlxalq münasibətlər sistemində bir-birini dəstəkləyən tərəfdaş ölkələrə çevriliblər. İki ölkənin silahlı qüvvələri arasında müxtəlif sahələr üzrə operativ əlaqələrin qurulması və əməkdaşlığın genişləndirilməsi hər iki dövlətin müdafiə potensialının daha da güclənməsinə töhfə verir. Bu, eyni zamanda, beynəlxalq ictimaiyyətə açıq şəkildə göstərir ki, iki ölkə artıq dost və tərəfdaş münasibətlərini möhkəmləndirməkdədir və zaman keçdikcə bu əlaqələr daha yüksək səviyyəyə çatacaq. Azərbaycan heç bir dövlətə qarşı yönəlmiş siyasət aparmır. Ölkəmiz milli maraqlara əsaslanan, balanslı və praqmatik xarici siyasət yürüdür. Bu siyasət artıq öz real nəticələrini verməkdədir və Azərbaycan durmadan dost ölkələrinin sayını artırır. Biz nə körfəz ölkələri ilə Qərbə qarşı çıxırıq, nə də Qərblə Şərqə qarşı mövqe tuturuq. Azərbaycan öz milli maraqlarına uyğun hesablanmış və müstəqil siyasət aparır". Məlik Məlikov

Mənbə
oxu.az