Siyasət

Azərbaycanla müharibə səhifəsini bağlamışıq - Simonyan

03 Feb 2026, 15:40 2 baxış
Azərbaycanla müharibə səhifəsini bağlamışıq - Simonyan

Azərbaycanla müharibə səhifəsi artıq bağlanıb.


Axar.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan Faktor TV-yə müsahibəsində deyib.


“Əgər kəskin hadisələr olmasa, hesab edirəm ki, bu səhifə yenidən açılmayacaq. Mən bu səhifəni bağlanmış sayıram”, - o vurğulayıb.


Parlament sədrinin sözlərinə görə, Ermənistan tərəfinin müharibə səhifəsinin bağlandığı və sülh dövrünün başladığına dair təklif və ritorikası cəmiyyət tərəfindən qəbul edilib.

Mənbə axar.az

Oxşar Xəbərlər