Dünya
Tehranda güclü yanğın - Məşhur bazar alovlanıb
İranın paytaxtı Tehranın şimalındakı məşhur "Cənnətabad bazarı"nda güclü yanğın baş verib. Bu barədə Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir. Məlumata görə, məkanın üzərində qatı tüstü yayılmağa başlayıb. Yanğınsöndürmə briqadaları dərhal hadisə yerinə gedib və alovun söndürülməsi üçün işlərə start veriblər. Yanğının qarşısının alınması prosesi davam etdirilir.
{{gallery}} İnsan itkisinin olub-olmaması barədə hər hansı məlumat yoxdur.
{{gallery}} İnsan itkisinin olub-olmaması barədə hər hansı məlumat yoxdur.
Mənbə
oxu.az