Dünya

Yer kürəsini maqnit qasırğası bürüyəcək

03 Feb 2026, 13:00 2 baxış
Yer kürəsini maqnit qasırğası bürüyəcək
G1 sinfindən olan maqnit qasırğası fevralın 6-da Yer kürəsini bürüyə bilər. Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Günəş-Yer Fizikası İnstitutunun rəsmi saytında məlumat verilib. Məlumata görə, yaxın bir neçə gün ərzində Yer kürəsində geomaqnit vəziyyət sakit olacaq. Belə ki, fevralın 4-də qədər hər hansı maqnit qasırğası gözlənilmir. Lakin fevralın 5-nə qədər vəziyyət dəyişməyə başlayacaq. Alimlər qeyd edirlər ki, vəziyyət bundan sonra gərginləşəcək, fevralın 6-da isə daha da pisləşəcək. Yer kürəsinə zəif hesab edilən G1 sinfindən maqnit qasırğası təhlükə yaradacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər