Dünya

Belçika Estoniyada həbsxanaları icarəyə götürməyi planlaşdırır

03 Feb 2026, 09:00 2 baxış
Belçika Estoniyada həbsxanaları icarəyə götürməyi planlaşdırır
Belçika yerli həbsxana sisteminin həddindən artıq sıxlığı səbəbindən miqrant cinayətkarları saxlamaq üçün Estoniyada, eləcə də Albaniyada və tanınmamış Kosovo bölgəsində həbsxana sahəsi icarəyə götürmək layihəsi üzərində işləyir. Oxu.Az bildirir ki, bu barədə "Soir" nəşri məlumat verib. Nəşr qeyd edir ki, Belçikanın ədliyyə naziri Anneli Verlinden bu imkanı araşdırır. Onun məsələ ilə bağlı bu həftə Estoniyaya səfər edəcəyi gözlənilir. Nazir bu məqsədlə əvvəllər Albaniya və Kosovoya da səfər edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər