Dünya
Florida donur: Mindən çox iquana ekstremal soyuqda hərəkətsiz qaldı
ABŞ-nin Florida ştatında ekstremal soyuq hava şəraiti səbəbindən bir gündə mindən çox yaşıl iquana uzun müddət hərəkətsiz qalıb. Oxu.Az xəbər verir ki, bu barədə "NBC Miami" telekanalı məlumat yayıb.
Məlumata görə, Florida Balıq və Vəhşi Təbiətin Mühafizəsi Komissiyası (BVTMK) müvəqqəti qərar qəbul edərək üşüyən iquanaların xilas edilməsi məqsədilə onların xüsusi lisenziya olmadan tutulmasına icazə verib. Komissiya eyni zamanda sürünənlərin təhlükəsiz şəkildə tutulması ilə bağlı tövsiyələr də açıqlayıb. Yerli sakinlərdən biri bildirib ki, bir gün ərzində 50-100 iquanını BVTMK-nın ofisinə aparıb. Digər könüllülər isə heyvanları avtomobillərdə dəsmal və fen vasitəsilə isidiblər.

Mənbə
oxu.az