Dünya

Oman və Qətər ABŞ-İran münaqişəsinin həlli üçün plan hazırlayıblar

03 Feb 2026, 02:30 2 baxış
Oman və Qətər ABŞ-İran münaqişəsinin həlli üçün plan hazırlayıblar
Oman və Qətər Ukrayna və Fələstin nizamlanmalarına əsaslanaraq, İran və ABŞ arasındakı münaqişənin həlli üçün təklif hazırlayıblar. Oxu.Az-ın məlumatına görə, bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən məlumat yayıb. Təklifə uranın zənginləşdirilməsi, iqtisadi təşviqlər və təhlükəsizlik öhdəlikləri məsələsinin həlli üçün tədbirlər daxildir. Misir Prezidenti Əbdül Fəttah əl-Sisinin yanvarın 31-də iranlı həmkarı Məsud Pezeşkianla söhbəti zamanı Oman və Qətərin təklifini müzakirə etdiyi bildirilir. Lakin ABŞ-nin bu planın hazırlanmasında iştirakı ilə bağlı məqamlar məlum deyil.
Mənbə oxu.az

Oxşar Xəbərlər